Azərbaycan basketbol millisinin baş məşqçisi: Səhvləri aradan qaldırmalıyıq

Azərbaycan basketbol millisinin baş məşqçisi: Səhvləri aradan qaldırmalıyıq İsveçrə ilə qarşılaşmadakı səhvləri aradan götürüb növbəti matça bacardığımız qədər hazırlıqlı çıxmalıyıq.
Futbol
23 Fevral , 2024 14:07
Azərbaycan basketbol millisinin baş məşqçisi: Səhvləri aradan qaldırmalıyıq

İsveçrə ilə qarşılaşmadakı səhvləri aradan qaldırıb növbəti matça bacardığımız qədər hazırlıqlı çıxmalıyıq.

Bunu "Report"a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev səfərdə İsveçrəyə uduzduqları (53:72) DÇ-2027-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Mütəxəssis yığmanın matçın əvvəlində yaxşı təsir bağışladığını bildirib: "Sonradan görüşdə bir az fərdi oyuna üstünlük verildi. Bəlkə də komanda çoxdandır belə turnirlərdə mübarizə aparmadığı üçün oyunçular bir-birilərini yaxşı başa düşmürlər. Bunun üzərində işləməliyik".

Baxşıyev uzun müddət beynəlxalq yarışlarda iştirak etməməyin milliyə çətinlik yaratdığını söyləyib: "Birinci oyun daha yaxşı ola bilərdi. İlk və ikinci hissədə yaxşı oyun sərgilədik. Təəssüflər olsun ki, bunun davamını gətirə bilmədik. Səhvlərin üzərində işləyəcəyik".

Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi