Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığması Avropa çempionatının ilkin seçmə mərhələsinə qələbə ilə başlayıb
Futbol
- 25 oktyabr, 2017
- 13:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 oktyabr. REPORT.AZ/ 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Albaniyanın paytaxtı Tirana şəhərindəki Kamza stadionunda Ukrayna komandası ilə qarşılaşan Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv 2:0 hesabı ilə qalib gəlib. Qolları 40-cı dəqiqədə Merve Özdemir, 90+3-cü dəqiqədə isə Vüsalə Seyfəddinova vurub.
Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını oktyabrın 28-də İspaniya millisinə qarşı keçirəcək. Kamza stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Son xəbərlər
18:43
Foto
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Region
18:30
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb
Region
18:21
İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir
Region
18:06
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
17:59
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanılıb
Digər ölkələr
17:43
Rafinya Messinin uğurunu təkrarlayıb
Futbol
17:34
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Region
17:16
Yeddi OPEC+ ölkəsi dekabrda neft hasilatına dair kvotaları saxlayıb
Digər ölkələr
17:04
Fransada iğtişaşlar zamanı 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr