Azərbaycan UEFA reytinqində irəliləyib
Futbol
- 15 avqust, 2018
- 05:26
Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
“Report” xəbər verir ki, buna “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Belarusda BATE ilə 1:1 hesabı ilə heç-heçə etməsi səbəb olub. Borisovda qeydə alınan bərabərlik sayəsində 0,125 xal qazanan Ağdam klubu ölkənin xal ehtiyatını 18,250-yə çatdırıb.
Nəticədə Azərbaycan İsraili qabaqlayaraq 24-cü pilləyə yüksəlib. Avrokuboklarda qələbəyə görə 0,250, heç-heçə halında isə 0,125 reytinq xalı verilir.
Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda BATE-yə 0:1 hesabı ilə məğlub olan “Qarabağ” ÇL ilə vidalaşıb. Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Son xəbərlər
22:18
Cənubi Koreyanın Avropaya üzən konteyner gəmisi Şimal dəniz marşrutundan keçib
Digər ölkələr22:05
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
Digər ölkələr21:56
EIA: Yaxın Şərqdə neft hasilatı 2027-ci ilin II rübündən tez bərpa olunmayacaq
Digər ölkələr21:44
Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
Digər ölkələr21:42
Argentina millisinin baş məşqçisi Lionel Skaloni vəzifəsindən ayrılmaq istəyir
Futbol21:32
Almaniya Bremerhaven limanının modernləşdirilməsinə təxminən 1,5 milyard avro ayıracaq
Digər ölkələr21:19
Foto
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
Maliyyə21:01
Ankarada içi tütünlə doldurulmuş 2 milyon 160 min siqaret gilizi ələ keçirilib
Region20:43