Azərbaycan-Şimali İrlandiya oyununun biletləri satışa çıxarılıb

Azərbaycan-Şimali İrlandiya oyununun biletləri satışa çıxarılıb Biletləri www.tickets.affa.az saytından əldə etmək olar
Futbol
2 May , 2017 11:33
Azərbaycan-Şimali İrlandiya oyununun biletləri satışa çıxarılıb

Bakı. 2 may. REPORT.AZ/ Futbol üzrə 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində keçiriləcək Azərbaycan-Şimali İrlandiya oyununun biletləri satışa çıxarılıb.

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri www.tickets.affa.az saytından əldə etmək olar.

VIP yerlərə biletlərin qiyməti 25 manatdır. 

1-ci kateqoriya yerlərə biletlər 9 manat, 2-ci kateqoriya 4 manat, 3-cü kateqoriya üzrə isə 2 manatdır. 

Qeyd edək ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. C qrupunda 5 turdan sonra Şimali İrlandiya 10 xalla 2-ci, Azərbaycan isə 7 xalla 4-cü pillədə qərarlaşıb. Bu komandalar arasında Belfastda keçirilmiş görüşdə meydan sahibləri qalib gəlib - 4:0.  

Son xəbərlər

Orphus sistemi