Azərbaycan - Şimali İrlandiya matçının stadionu müəyyənləşib

Azərbaycan - Şimali İrlandiya matçının stadionu müəyyənləşib Qarşılaşma iyunun 10-da "Bakcell Arena"da oynanılacaq
Futbol
6 Fevral , 2017 17:27
Azərbaycan - Şimali İrlandiya matçının stadionu müəyyənləşib

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçının stadionu müəyyənləşib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma iyunun 10-da "Bakcell Arena"da oynanılacaq. Görüş saat 20:00-da başlanacaq. 

Qeyd edək ki, Azərbaycan millisi bu il ilk rəsmi oyununu DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyaya qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi