Azərbaycan - Şimali İrlandiya matçının hakimləri açıqlanıb

Azərbaycan - Şimali İrlandiya matçının hakimləri açıqlanıb Görüş ispaniyalılara tapşırılıb
Futbol
6 İyun , 2017 12:24
Azərbaycan - Şimali İrlandiya matçının hakimləri açıqlanıb

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında iyunun 10-da keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçına hakim təyinatları açıqlanıb.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü Xavyer Estradanın rəhbərlik etdiyi ispaniyalı hakimlər briqadası idarə edəcək. Ona Migel Martines və Teodoro Sobrino yan xətt, Alexandro Hernandes isə 4-cü hakim qismində yardımçı olacaq. 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi