Azərbaycan-San Marino oyununun biletləri satışa çıxarılıb
Futbol
- 10 avqust, 2017
- 13:24
Bakı. 10 avqust. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – San Marino oyununun biletləri satışa çıxarılıb.
“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri “28 Mall” Ticarət Mərkəzində, “Bakcell” Müştəri Xidmətləri mərkəzində (metronun “Sahil” stansiyasının yaxınlığı) və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür.
Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
VIP yerlər üçün biletlərin qiyməti 25, 1-ci kateqoriya üzrə 4, 2-ci kateqoriyaya aid olanlar isə 1 manat təşkil edir.
Qeyd edək ki, sentyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – San Marino matçı saat 20:00-da başlayacaq.
Son xəbərlər
12:04
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Xarici siyasət12:02
Paşinyan: ASB formatı Ermənistan və Azərbaycan arasında sülh üçün vacibdir
Xarici siyasət12:01
Kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıq və ya kolluqlar götürülə biləcək
Milli Məclis11:55
Foto
Qəbələdə WUF13 Festivalı başlayıb
İnfrastruktur11:53
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb
Hadisə11:52
Ramin Məmmədov: Zəngəzur yolu tarixi yaddaşımızın davamı və gələcəyə uzanan körpüdür
Daxili siyasət11:52
Pakistan XİN: ABŞ İranın "TOUSKA" gəmisinin 22 ekipaj üzvünü azad edib
Digər ölkələr11:42
Kaya Kallas Azərbaycana səfər edəcək
Xarici siyasət11:42
Foto