Azərbaycan - Rusiya oyununun hakimləri açıqlanıb

Azərbaycan - Rusiya oyununun hakimləri açıqlanıb Qarşılaşma rumıniyalı hakimlər briqadasına tapşırılıb
Futbol
22 Noyabr , 2021 10:10
Azərbaycan - Rusiya oyununun hakimləri açıqlanıb
İonela Alina Peşu

Qadınlardan ibarət Azərbaycan millisinin evdə Rusiya yığması ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

"Report" xəbər verir ki, qarşılaşma rumıniyalı hakimlər briqadasına tapşırılıb.

Referi İonela Alina Peşuya laynsmanlar qismində Petruta Claudia İugulescu və Mihaela Elena Tepusa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Cristina Mariana Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi