Azərbaycan Premyer Liqasının bombardiri bəlli olub

Azərbaycan Premyer Liqasının bombardiri bəlli olub Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün bombardiri bəlli olub.
Futbol
21 May , 2022 21:24
Azərbaycan Premyer Liqasının bombardiri bəlli olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün bombardiri bəlli olub.

"Report"un məlumatına görə, bu mükafata “Qarabağ”ın futbolçusu Kadi Borqes yiyələnib.

26 yaşlı braziliyalı legioner mövsümdə 12-ci qolunu "Neftçi"ni 4:1 hesabı ilə məğlub etdikləri sonuncu - XXVIIII tur matçında vurub.

Bununla da Azərbaycan çempionatları tarixində 7-ci dəfə “Qarabağ”ın oyunçusu bombardir adına sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi