Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü bu gün başa çatır
Futbol
- 24 may, 2026
- 09:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında bu gün 2025/2026 mövsümünə yekun vurulacaq.
"Report" xəbər verir ki, XXXIII turun son matçında "İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edəcək.
Baş hakim İnqilab Məmmədovun idarə edəcəyi görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 16:00-da start götürəcək.
Yevlax təmsilçisi hazırda 14 xalla 12-ci pillədə qərarlaşıb. 33 xala malik "İmişli" 9-cu yerdədir.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3), "Neftçi" "Kəpəz"i (1:0), "Araz-Naxçıvan" isə "Zirə"ni (3:2) məğlub edib.
Son xəbərlər
15:30
Tramp, Putin və Si Cinpin APEC sammiti çərçivəsində qısa söhbət ediblər
Digər ölkələr
15:27
Azərbaycan Rusiyadan buğda alışını sentyabrda 77 % artırıb
ASK
15:13
Almaniya XİN: Azərbaycan şirkətləri ilə birgə investisiyalar üçün potensiala malikik
Biznes
15:10
Azərbaycan cüdoçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib
Fərdi
15:05
"İdeal Kredit" BOKT 5 milyon manatlıq istiqraz buraxır
Maliyyə
15:04
Cari ilin 9 ayında Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub
Sosial müdafiə
15:02
"Voyager-1" Yerdən bir işıq günü məsafəsinə uzaqlaşan ilk kosmik aparat olub
Maraqlı
15:01
İlham Əliyev Latviya Prezidentini təbrik edib
Xarici siyasət
15:00
Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik edib
Xarici siyasət