Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Futbol
30 İyul , 2021 07:25
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 14:00-da başlanacaq.

Püşkatmada yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar bəlli olacaq.

Qeyd edək ki, Premyer Liqanın yeni mövsümü avqustun 14-də start götürəcək. Çempionatda "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Qəbələ" və "Səbail" klubları mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi