Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

Azərbaycan Premyer Liqasında X tura yekun vurulur Bu gün Azərbaycan Premyer Liqasında X turun son oyunu keçiriləcək.
Futbol
23 Noyabr , 2020 07:30
Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında X turun son oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşacaq.

Noyabrın 21-nə nəzərdə tutulan, lakin qonaq komandanın heyətində 4 futbolçunun koronavirus testi müsbət çıxdığı üçün təxirə salınan qarşılaşma saat 16:00-da start götürəcək.

Son 6 matçda məğlub olan Masazır təmsilçisi 6 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Bir oyun az keçirən "dənizçilər" isə 9 xalla 6-cı sırada yer alıb.

İndiyədək ölkə çempionatında 8 dəfə üz-üzə gələn komandalar eyni sayda (3) qələbə qazanıblar. 2 görüş isə heç-heçə başa çatıb. Topların sayında meydan sahiblərinin minimal üstünlüyü var - 10:9. "Sabah" son 5 matçdan yalnız birində qol vura bilməyib. "Səbail" son 3 səfər oyununda qalib gəlməyib.

Azərbaycan Premyer Liqası

X tur

16:00. "Sabah" - "Səbail"
Hakimlər:
Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Rəhim Həsənov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena".

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Sumqayıt"ı 3:1, "Neftçi" səfərdə "Qəbələ"ni 4:1, "Zirə" isə doğma meydanda "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi