Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"ı məğlub edib

Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"ı məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Futbol
12 Sentyabr , 2021 19:55
Azərbaycan Premyer Liqası: Səbail Sumqayıtı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Səbail" "Sumqayıt"ı qəbul edib.

"ASCO Arena"da oynanılan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 64-cü dəqiqədə Cabir Əmirli "Səbail"ə qələbə qazandırıb. Beləliklə, "gənclik şəhəri" təmsilçisi cari mövsüm çempionatda ilk məğlubiyyətini alıb.

3 turdan sonra hər iki komanda 6 xal toplayıb və müvəqqəti də olsa, 2-3-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun digər oyunlarında "Zirə" səfərdə "Keşlə"ni, "Qəbələ" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib. Tura saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi