Futbol üzrə Azərbaycan Premyer Liqasında qapıya ən çox zərbə vuran komandalar bəlli olub.
"Report" Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə "Qarabağ" qərarlaşıb.
"Köhlən atlar" orta hesabla hər qarşılaşmada rəqib qapılarına 6,1 zərbə endirir.
"Turan Tovuz" (5,0) bu göstəriciyə görə ikinci, "Sabah" (4,2) üçüncü sırada qərarlaşıb.
Növbəti mövqelərdə "Qəbələ" (4,1), "Araz-Naxçıvan" (3,8), "Səbail" (3,8), "Kəpəz" (3,5), "Neftçi" (3,4), "Sumqayıt" (3,2) və "Zirə" (3,0) yer alıb.
Qeyd edək ki, araşdırma dekabrın 13-dək baş tutan oyunları əhatə edib.