Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Futbol
1 sentyabr 2022 16:50
Azərbaycan Premyer Liqası: Qarabağ Kəpəzi məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Son ölkə çempionu "Qarabağ" Qəbələdə "Kəpəz"in qonağı olub. Qarşılaşma "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin yeganə qolunu 44-cü dəqiqədə Abdullah Zubir vurub. Gəncə klubunda Tural Rzayev 50-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 12-ə yüksəltməklə lider "Sabah"a çatıb. 5 görüşün hamısında uduzan "Kəpəz" isə sonuncu - 10-cu yerdədir.

Qeyd edək ki, turun "Şamaxı" - "Turan Tovuz" və "Neftçi" - "Sumqayıt" oyunları sentyabrın 3-də, "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi