Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Futbol
498
27 Noyabr , 2021 20:10
Azərbaycan Premyer Liqası: Neftçi Səbaili məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatınan görə, günün ikinci matçında "Neftçi" "Səbail"i qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın qolunu 52-ci dəqiqədə Vüsal Əsgərov vurub.

"Neftçi"nin heyətində sarı vərəqə görən Mert Çelik cəzalı duruma düşüb. Bu, mövsümdə dördüncü sarı vərəqəsi olduğundan, müdafiəçi XIII turda "Sumqayıt"la görüşdə oynamayacaq.

Bu nəticədən sonra xallarının sayını 20-ə çatdıran hazırkı ölkə çempionu üçüncü pilləyə yüksəlib. "Dənizçilər" isə 9 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda "Sabah" evdə "Keşlə"ni məğlub edib - 2:1. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi