Azərbaycan Premyer Liqası: III tur 2 oyunla start götürür

Azərbaycan Premyer Liqası: III tur 2 oyunla start götürür Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Futbol
19 Sentyabr , 2020 09:47
Azərbaycan Premyer Liqası: III tur 2 oyunla start götürür

Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.

Günün ilk matçı Qəbələdə olacaq. Əyalət təmsilçisi doğma meydanda "Keşlə"ni sınağa çəkəcək. Hazırda "qırmızı-qaralar" 2 oyundan 1 xalla 7-ci, "qırmızı-ağlar" isə 4 xalla 2-ci pillədə qərarlaşıb. 

İndiyədək çempionatda 47 dəfə qarşılaşan komandaların duelində üstünlük paytaxt klubunun tərəfindədir. Bakılıların 17 qələbəsinə "qırmızı-qaralar" 13 qalibiyyətlə cavab verib. 17 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "Keşlə" daha yaxşı göstəriciyə malikdir - 62:47. Hazırda Yunis Hüseynovun baş məşqçi olduğu kollektiv son dörd oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” son üç matçda xal qazanmayıb.

Günün son qarşılaşmasında isə "Sumqayıt" və "Səbail" komandaları "Kapital Bank Arena"da üz-üzə gələcəklər. "Gənclik şəhəri" təmsilçisi ilk 2 turdan sonra 3 xalla 5-ci yerdə qərarlaşıb. Xalı olmayan paytaxt komandası isə sonuncudur. 

İki komanda arasında əvvəllər keçirilmiş 10 oyunda qələbə sayı bərabərdir - 4. 2 oyunda isə tərəflərdən heç biri üstünlük qazana bilməyiblər. Bu görüşlərdə "gənclik şəhəri" təmsilçisi 8, "dənizçilər" isə 9 qol vurublar. Son 4 görüşdə meydan sahibi olan komanda qalib gələ bilməyib. “Sumqayıt” evdəki 5 matçda yalnız bir dəfə qələbə qazanıb.

19 sentyabr (şənbə)

Azərbaycan Premyer Liqası

III tur

17:00. "Qəbələ" - "Keşlə"

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Qəbələ şəhər stadionu

19:15. "Sumqayıt" - "Səbail"

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

"Kapital Bank Arena"

Qeyd edək ki, tura sentyabrın 20-də keçiriləcək "Zirə" - "Sabah" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi