Azərbaycan millisinin sabiq futbolçusu: "Zirə”yə uğurlar arzulayıram, Moldovadan yaxşı nəticə ilə qayıdıblar

Azərbaycan millisinin sabiq futbolçusu: "Zirə”yə uğurlar arzulayıram, Moldovadan yaxşı nəticə ilə qayıdıblar Ondan çəkinirəm ki, daha “dişli” “Şerif” görəcəyik.
Futbol
18 iyul 2024 10:36
Azərbaycan millisinin sabiq futbolçusu: Zirə”yə uğurlar arzulayıram, Moldovadan yaxşı nəticə ilə qayıdıblar

"Zirə”yə uğurlar arzulayıram, Moldovadan yaxşı nəticə ilə qayıdıblar.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov “Zirə” klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”lə (Moldova) keçirəcəyi cavab matçında şansları dəyərləndirərkən deyib.

36 yaşlı keçmiş yarımmüdafiəçi cavab oyununun daha maraqlı keçəcəyini söyləyib:

“Evdəki oyun daha çətin olacaq. Çünki komandalar artıq bir-birilərini tanıyırlar. “Şerif”in avrokuboklarda təcrübəsi daha çoxdur. Baxmayaraq ki, komanda yeni qurulub. Bu oyun daha maraqlı olacaq. “Şerif”in köhnə heyəti qalsaydı, fərqli danışmaq mümkün idi. “Şerif”in güc baxımından “Zirə”dən daha yaxşı olduğu ilk oyunda göründü. Bu baxımdan Moldovada qeydə alınan nəticə əla idi”.

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı bu gün, saat 20:00-da "Dalğa Arena"da başlayacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi