Azərbaycan millisinin sabiq futbolçusu Gürcüstan klubunun baş məşqçi postundan kənarlaşdırılıb
- 02 iyul, 2018
- 11:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 iyul. REPORT.AZ/ Gürcüstanın "Samtredia" futbol klubu baş məşqçi Badri Kvaratsxeliya ilə yollarını ayırıb.
"Report"un məlumatına görə, 53 yaşlı mütəxəssis ölkə çempionatının XVII turunda "Rustavi"yə 1:2 hesablı məğlubiyyətlə yekunlaşan oyundan sonra istefaya göndərilib. Bu nəticənin ardından "Samtredia" 9 xalla 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.
Kvaratsxeliya Avropa Liqasının I təsnifat mərhələsinin startına 8 gün qalmış komanda ilə vidalaşıb. I təsnifat mərhələsində rəqib Qazaxıstan "Tobol"u olacaq. İlk görüş iyulun 10-da Gürcüstanda, cavab matçı isə iyulun 18-də Qazaxıstanda baş tutacaq.
Kvaratsxeliyanı kimin əvəzləyəcəyi hələ məlum deyil. Lakin yeni baş məşqçi yaxın günlərdə təyin edilməlidir.
Qeyd edək ki, Badri Kvaratsxeliya futbolçu karyerası ərzində "Şəmkir" və "Kəpəz" komandalarında çıxış edib. O, 1999-2000 mösümündə "Şəmkir"in heyətində 16 qolla Azərbaycan çempionatının bombardiri olub. Kvaratsxeliya həmçinin 3 dəfə Azərbaycan millisinin formasını geyinib, 2008-2009 mövsümündə "Standard" (Bakı) komandasının baş məşqçisi, 2012-2013 mövsümündə isə "Qəbələ"nin məşqçisi kimi çalışıb.