Azərbaycan millisinin sabiq baş məşqçisi Ermənistana məğlubiyyətə görə istefa verib

Azərbaycan millisinin sabiq baş məşqçisi Ermənistana məğlubiyyətə görə istefa verib Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina milli komandasının sükanı arxasını tərk edib.
Futbol
253
9 Sentyabr , 2019 00:47
Azərbaycan millisinin sabiq baş məşqçisi Ermənistana məğlubiyyətə görə istefa verib

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina milli komandasının sükanı arxasını tərk edib.

"Report"un məlumatına görə, bu barədə 50 yaşlı mütəxəssisin özü səfərdə Ermənistana 4:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçından sonra qərarını açıqlayıb.

"Mən hamı ilə danışdım və qərara gəldim ki, istefa verim. Komandaya rəhbərlik edərkən AVRO-2020-yə yüksələcəyimizə inanırdım. Amma biz bunu edə bilmədik. İndi əvəzləyicim komandanı Millətlər Liqasına hazırlaya biləcək. Daha mən bu yığmada baş məşqçi deyiləm".

Qeyd edək ki, hazırda Bosniya və Herseqovina millisi J qrupunda 7 xalla 4-cü pilləni tutur.

Son xəbərlər

Orphus sistemi