Azərbaycan millisinin rəqibi itkilərlə üzləşib
Futbol
- 05 oktyabr, 2016
- 11:18
Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyada 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Çexiya yığması futbolçu itkiləri ilə üzləşib.
"Report"un Çexiya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Martin Fridek və qapıçı Yaroslab Drobnı zədələnib.
Hər iki futbolçu komandanın bu gün səhər baş tutmuş məşqində zədələnib. MRT müayinəsindən sonra futbolçunun menisk və xaçvari bağlarından zədələndiyi məlum olub. Drobnının isə məşq zamanı mübarizələrin birində dirsək sümüyü sınıb. Təcrübəli qapıçının qolu gipsə salınıb.
Qeyd edək ki, oktyabrın 11-də Ostrava şəhərində keçiriləcək Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Son xəbərlər
01:01
Rusiya Prezidenti regionda sülhün Ermənistan üçün müsbət cəhətlərindən danışıb
Region00:50
Putin: Rusiya hərbçiləri hətta sabah Ermənistanı tərk etməyə hazırdır
Region00:43
Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib
Digər ölkələr00:17
Foto
Video
Sumqayıtda kişi öz valideyninin evini yandırıb
Hadisə00:03
"Tasnim": ABŞ-nin bombardmanı nəticəsində yaralananların sayı 50-yə çatıb, ölənlər var – YENİLƏNİB-3
Region23:38
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
Region23:14
Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib
Digər ölkələr23:02
İran Hörmüz boğazının bağlandığını elan edib
Region22:52