Azərbaycan millisinin futbolçusu: "Radomyak"a transferimi karyeram üçün xeyirli hesab edirəm
Futbol
- 18 iyul, 2024
- 11:14
"Radomyak"a transferimi karyeram üçün xeyirli hesab edirəm.
Bunu "Report"a açıqlamasında Polşanın "Radomyak" komandasına transfer olunan Rahil Məmmədov deyib.
Yeni klubuna keçidi barədə danışan Azərbaycan millisinin müdafiəçisi seçiminin doğru olduğunu söyləyib:
"Radomyak" daha yaxşı seçim oldu. Düşünürəm ki, həm şərait, həm də peşəkarlıq baxımından başqa seçimlərdən daha üstündür. Eyni zamanda, komandanın Polşa Ekstraklasası təcrübəsi də böyükdür. Bu transferi karyeram üçün xeyirli hesab edirəm. İnşallah, qarşıdakı 2 il mənim üçün uğurlu olar".
Qeyd edək ki, peşəkar karyerasına "Neftçi" klubunda başlayan 28 yaşlı futbolçu Azərbaycanda "Səbail", "Qarabağ" və "Zirə" klublarının şərəfini qoruyub. O, son olaraq Polşanın LKS klubunda çıxış edib.
Son xəbərlər
05:14
Fələstin konstitusiyasının layihəsi üzərində işlər yekunlaşmaq üzrədir
Digər ölkələr04:31
Tramp Rusiya ilə əməkdaşlıq edən ölkələrin "qara siyahı"ya salınmasını dəstəkləyib
Digər ölkələr04:22
Rubio Maduronu narkotik kartelinin lideri adlandırıb
Digər ölkələr04:00
Pentaqon dronları qlobal miqyasda təhlükə hesab edib
Digər ölkələr03:44
Sakit okeanda narkotik yüklü gəmi məhv edilib
Digər ölkələr03:05
ABŞ-nin maliyyə naziri gələn il ölkədə real gəlir artımını gözləyir
Digər ölkələr02:45
"HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb
Digər ölkələr02:29
ABŞ dron istehsalında Çini keçməyi planlaşdırır
Digər ölkələr01:40