İlk görüşdəki məğlubiyyəti unudub, cavab matçına köklənmişik.
Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Yeliz Acar Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək cavab oyunundan əvvəl deyib.
O, bu gün baş tutacaq görüş barədə fikirlərini bölüşüb:
"Portuqaliya millisi çox səviyyəli futbolçulardan təşkil olunub. İstənilən halda, biz öz oyunumuzu sərigləmək üçün meydana çıxacağıq. İlk görüşdəki məğlubiyyəti unudub, cavab matçına köklənmişik. Səviyyəsi yüksək olan bir yığmaya qol vurmuşuqsa, daha artığını edə bilərik. Millimizə inamımız tamdır".
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi bu gün Vizelada cavab matçına çıxacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.