Millimizin futbolçusu da Türkiyə çempionu oldu
Futbol
- 21 iyul, 2020
- 13:29
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin "Başakşehir" klubunda çıxış edən üzvü Emre Kaplan Türkiyə çempionu olub.
"Report"un məlumatına görə, yarımmüdafiəçi Superliqanın bərpasından sonra əsas komandaya cəlb edilib.
Buna baxmayaraq, baş məşqçi Okan Buruk gənc oyunçuya şans verməyib. Kaplan "Başakşehir"in iyulun 4-də səfərdə "Antalyaspor"u 2:0 hesabı ilə məğlub etdiyi görüşdə və iyunun 28-də səfərdə "Qalatasaray"la 1:1 hesablı bərabərə qaldıqları matçda ehtiyat oyunçular skamyasında əyləşib.
Beləliklə, o, çempionluq qazanan heyətdə yer alıb. Bu münasibətlə AFFA "Instagram" hesabı vasitəsilə Kaplanı təbrik edib.
Qeyd edək ki, Emre Kaplan ilk olaraq 2019-cu ilin oktyabrında Azərbaycanın U-19 millisinə dəvət alıb.
Son xəbərlər
23:58
"Mançester Siti" "Çelsi" ilə heç-heçə edib
Futbol23:36
Qrenlandiyanın Baş naziri: ABŞ rənglərində ada xəritəsi hörmətsizliyi göstərir
Digər ölkələr23:11
Tramp: Rodriqes Maduronun taleyini yaşamaq riski daşıyır
Digər ölkələr22:58
İngiltərə Premyer Liqası: "Tottenhem" "Sanderlend"lə heç-heçə edib
Futbol22:41
KİV: Almaniya kəşfiyyatı Obama, Hillari Klinton və ABŞ hərbçilərinin telefon danışıqlarını dinləyib
Digər ölkələr22:19
Tramp: ABŞ Qrenlandiyaya müdafiə üçün nəzarət etməlidir
Digər ölkələr21:53
Ərdoğan ilə Məhəmməd bin Salman Somali, Yəmən və Qəzzanı müzakirə ediblər
Region21:46
ABŞ dövlət katibi: Venesuela İran və "Hizbullah" üçün məskən olmamalıdır
Digər ölkələr21:17