Bunun nə qədər çətin olduğunu təsvir etmək asan deyil, amma birlikdə bacardıq.
"Report" xəbər verir ki, bunu Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk şəxsi instaqram hesabında yazıb.
26 yaşlı müdafiəçi liqada başa çatan mövsümü dəyərləndirib:
"2024 mövsümünün sonu. İş bitdi. İl ərzində azarkeşlərin dəstəyi böyük idi. Növbəti mövsümə yaxşı hazırlaşacağıq. Birlikdə böyük hədəflərə çatmaq istəyirik. Cənubi Koreyanın ən yaxşı azarkeşləri olan belə klubu təmsil etdiyim üçün fəxr edirəm".
Qeyd edək ki, “Tedjon Xana Sitizen” mövsümü 38 turdan sonra 48 xalla 8-ci pillədə başa vurub. Cənubi Koreya çempionatında 12 komanda mübarizə aparır. Sonuncu sıradakı "İnçhon Yunayted" (39 xal) aşağı dəstəyə düşüb. 10-cu yerdəki "Çonbuk" (42 xal) və 11-ci olan "Tequ" (40 xal) pley-offda oynayacaq.