Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının elit-raundundakı rəqibləri müəyyənləşib.
“Report” xəbər verir ki, püşkə əsasən, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv İrlandiya, Rusiya və Rumıniya ilə birgə 1-ci qrupda mübarizə aparacaq. Qrup oyunları 2019-cu il 20 - 26 martda Rusiyada keçiriləcək.
Bütün qrupların tərkibi belədir:
1-ci qrup: İrlandiya, Rusiya, AZƏRBAYCAN, Rumıniya
2-ci qrup: Yunanıstan, Çexiya, İngiltərə, Danimarka
3-cü qrup: Almaniya, Macarıstan, Norveç, Xorvatiya
4-cü qrup: İspaniya, Hollandiya, Uels, Sloveniya
5-ci qrup: Fransa, İsrail, İsveçrə, Polşa
6-cı qrup: Portuqaliya (ev sahibi), Şotlandiya, Türkiyə, Kipr
7-ci qrup: İtaliya, Serbiya, Ukrayna, Belçika
Qeyd edək ki, qrup qalibləri 14 - 27 iyulda Ermənistanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar.