Azərbaycan millisi Rusiyaya uduzdu
Futbol
- 18 fevral, 2015
- 14:17
Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası rusiyalı həmyaşıdları ilə qarşılaşıb.
"Report"un məlumatına görə, "Əlincə" stadionunda keçirilən yoxlama görüşündə Mirbağır İsayevin rəhbərlik etdiyi komanda 1:2 hesabı ilə məğlub olub.
Matçda hesabı Azərbaycan millisi açıb. İkinci hissənin əvvəlində - 42-ci dəqiqədə (yoldaşlıq görüşü olduğundan hər hissə 40 dəqiqə oynanılır) Yusif Cəfərovun ötürməsini Oruc İsmayılov qola çevirib. Lakin çox keçmədən qonaqlar tablodakı rəqəmləri bərabərləşdirib. Rəqibin 9 nömrəli futbolçusu Artyom Qalacan millinin qapısına yol tapa bilib. 54-cü dəqiqədə rusiyalı futbolçu dubl edərək özünün və komandasının ikinci topunu vurub - 1:2.
Görüş bu hesabla da başa çatıb.
Son xəbərlər
20:16
Sahibə Qafarova Serbiyaya səfər edəcək
Xarici siyasət20:09
Məhəmməd İslami: BAEA ABŞ və İsrailin oyuncağına çevrilib
Region20:06
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb
Komanda19:52
Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb
Digər ölkələr19:37
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib
Sosial müdafiə19:29
Cəlilabadda zəlzələ baş verib
Hadisə19:24
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur19:18
Video
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Mədəniyyət siyasəti19:04