Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində məğlub olub

Futbol
  • 07 oktyabr, 2024
  • 17:19
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində məğlub olub

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində məğlub olub.

"Report" xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun III turunda meydan sahiblərinə 0:7 hesabı ilə uduzub.

Daha əvvəl 2 qələbə qazanan millimiz 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İngiltərəni 4:0, Gürcüstanı isə 7:2 hesabı ilə məğlub edib.