Azərbaycan millisi çimərlik futbolu üzrə Avropa Liqasının "A" divizionuna vəsiqə qazanıb

Futbol
  • 28 avqust, 2016
  • 16:12
Azərbaycan millisi çimərlik futbolu üzrə Avropa Liqasının A divizionuna vəsiqə qazanıb

Bakı. 28 avqust. REPORT.AZ/ İtaliyanın Katanya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün son oyununu keçirib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, Super Final mərhələsinin final qarşılaşmasında millimizin rəqibi Macarıstan yığması olub.

Oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.

Bununla da, millimiz Avropa Liqasının "B" divizionundan "A" divizionuna vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti