Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol
  • 07 iyun, 2024
  • 05:13
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Bu gün futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

"Report"un məlumatına görə, yığma Macarıstanın Sombatxey şəhərində Albaniya ilə üz-üzə gələcək.

“Haladas SportKomplexum”dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Görüşü macar Mihay Kaprali idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.