Azərbaycan millisi 2016-cı ili FİFA reytinqində 90-cı pillədə başa vurub

Azərbaycan millisi 2016-cı ili FİFA reytinqində 90-cı pillədə başa vurub İlin son reytinq siyahısı açıqlanıb
Futbol
22 Dekabr , 2016 13:00
Azərbaycan millisi 2016-cı ili FİFA reytinqində 90-cı pillədə başa vurub

Bakı. 22 dekabr. REPORT.AZ/ FİFA dünya yığmalarının 2016-cı ildə son reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan millisinin ötən ayla müqayisədə mövqeyində dəyişiklik baş verməyib. 

Hazırda aktivində 386 xalı olan Robert Prosineçkinin baş məşqçi olduğu komanda 90-cı pillədə qərarlaşıb. 

Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərinə gəldikdə, Almaniya 1433 xalla 3-cü, Şimali İrlandiya 767 xalla 32-ci, Çexiya 671 xalla 43-cü, San Marino 17 xalla 202-ci pillədə qalıb. 422 xalla 1 pillə irəliləyən Norveç isə 83-cüdür.

Qeyd edək ki, siyahının ilk 28 pilləsində dəyişiklik baş verməyib. Türkiyə 851 xalla 24-cü pillədə qalıbsa, Argentina 1634 xalla 1-ci, Braziliya 1544 xalla 2-ci pillədə möhkəmlənib. 

Son xəbərlər

Orphus sistemi