Azərbaycan milli komandasının yeni baş məşqçisi özünə daha 2 köməkçi götürüb

Azərbaycan milli komandasının yeni baş məşqçisi özünə daha 2 köməkçi götürüb Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç özünə daha 2 xorvatiyalı köməkçi götürüb.
Futbol
20 Mart , 2019 13:18
Azərbaycan milli komandasının yeni baş məşqçisi özünə daha 2 köməkçi götürüb
Report

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç özünə daha 2 xorvatiyalı köməkçi götürüb.

"Report"un məlumatına görə, bunlar Frano Leko ilə Armin Alibekoviçdir.

51 yaşlı Leko fitnes məşqçisi kimi çalışır. Onun son iş yeri BƏƏ-nin "Əl-Ayn" klubu olub. Alibekoviç isə skaut və video-analitik vəzifəsində fəaliyyət göstərir. O, əvvəllər BƏƏ-nin U-17 yığmasında, Polşa "Legiya"sında, eləcə də Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda işləyib.

Daha əvvəl milliyə Mario Tokiç  Arif Əsədov köməkçi, Dmitri Kramarenko isə qapıçılarla iş üzrə məşqçi kimi cəlb olunub.

Son xəbərlər

Orphus sistemi