Azərbaycan milli komandasının futbolçusu yeni mövsümdə ilk oyununu səfərdə keçirəcək

Futbol
  • 04 iyul, 2017
  • 08:17
Azərbaycan milli komandasının futbolçusu yeni mövsümdə ilk oyununu səfərdə keçirəcək

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın “Aue” klubu 2017/2018 mövsümünün ilk turunda “Haydenhaym” komandasının qonağı olacaq.

“Report”un məlumatına görə, bu, Almaniya Futbol İttifaqının II Bundesliqanın ilk iki turunun təqvimini açıqladıqdan sonra dəqiqləşib.

Tomas Letşin rəhbərlik etdiyi kollektiv “Haydenhaym”la iyulun 30-da qarşılaşacaq. Avqustun 6-da isə “Aue” “Fortuna”nı qəbul edəcək.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

44 filmi