Azərbaycan milli komandası FİFA reytinqində 9 pillə geriləyib
Futbol
- 27 noyabr, 2014
- 09:57
Bakı. 27 noyabr. REPORT.AZ/ FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 9 pillə geriləyib.
Hazırda bu komanda 233 xalla 135-ci pillədə yer alıb. Geriləməyə hesabat dövründə Azərbaycan yığmasının Norveçlə AVRO-2016-nın seçmə qrup matçından məğlub ayrılması səbəb olub.
Qeyd edək ki, siyahıya 1725 xalla Almaniya millisi başçılıq edir. Argentina 1538 xalla 2-ci, Kolumbiya 1450 xalla 3-cü pillədədir. Azərbaycan yığmasının AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərindən İtaliya 1103 xalla 11-ci, Xorvatiya 946 xalla 19-cu, Bolqarıstan 532 xalla 66-cı, Norveç 500 xalla 67-ci, Malta 166 xalla 148-ci yerdə qərarlaşıb.
Son xəbərlər
13:08
Məmmədəli Mehdiyev: "Dünya çempionatına yalnız qızıl medal üçün getmişdim"
Fərdi13:05
Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb
Mədəniyyət siyasəti12:45
Foto
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər
Din12:44
Ella Pamfilova: "Vahid Rusiya" Dövlət Dumasında 355 yer alacaq
Region12:38
IFC "Bank Respublika"da uzunmüddətli investor olmaq niyyətindədir
Maliyyə12:36
Gürcüstanın Azərbaycandan mal idxalı 23 % artıb
Biznes12:30
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İnfrastruktur12:29
UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub
Futbol12:22