Azərbaycan Kubokunda "İnter" və "Zirə" klublarının rəqibləri müəyyənləşib

Futbol
  • 12 oktyabr, 2016
  • 12:06
Azərbaycan Kubokunda İnter və Zirə klublarının rəqibləri müəyyənləşib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Kubokunda 1/8 finalında "İnter" və "Zirə"nin rəqibləri müəyyənləşib. 

"Report"un məlumatına görə, turnirin bu gün keçirilən ilkin təsnifat mərhələsində iki görüş baş tutub.

"Turan Tovuz" "Bakılı"nı qəbul edib. Qarşılaşma gözlənildiyi kimi meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Əsgər Abdullayevin rəhbərlik etdiyi komanda qonaqların qapısından 4 cavabsız top keçirib. Bununla da Tovuz təmsilçisi 1/8 finalda "Zirə"yə rəqib olub.

"Qaradağ Lökbatan" isə "Şəmkir" səfərindən qələbə ilə ayrılıb. Oyunun sonlarına qədər hesab 1:1 olsa da, qonaqlar qələbə topunu vurmağa nail olub. Oyun "Qaradağ Lökbatan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 16 komandanın mübarizəsində "Qaradağ Lökbatan" "İnter"lə səfər görüşünə çıxacaq.

Oyunlar dekabrın 2-3-də keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti