Azərbaycan Kuboku: “Zirə” ilk oyunda “Qəbələ”ni minimal fərqlə məğlub edib

Azərbaycan Kuboku: “Zirə” ilk oyunda “Qəbələ”ni minimal fərqlə məğlub edib Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
Futbol
3 Aprel , 2024 20:56
Azərbaycan Kuboku: “Zirə” ilk oyunda “Qəbələ”ni minimal fərqlə məğlub edib

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu baş tutub.

“Report”un məlumatına görə, “Zirə” və “Qəbələ” komandaları birincilərin meydanında qarşılaşıblar.

İlk hissədə qapılara qol vurulmayıb. Hesabı 51-ci dəqiqədə bakılıların qvineyalı hücumçusu Salifu Suma açıb. 15 dəqiqə sonra “Zirə”nin braziliyalı yarımmüdafiəçisi Rafael Utziq sabiq komandasını cəzalandırıb.

Kubokun son qalibi olan “Qəbələ” 90-cı dəqiqədə fərqi minimuma endirib. Feras Abu Akal cavab matçı ərəfəsində komandasının finala vəsiqə qazanmaq ümidini davam etdirib. Görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər cütdə ötən gün “Qarabağ” “Neftçi”ni səfərdə 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, mərhələnin cavab matçları aprelin 24-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi