Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür

Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunlarına start veriləcək
Futbol
213
21 Aprel , 2021 07:30
Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunlarına start veriləcək.

"Report"un məlumatına görə, mərhələnin hər iki görüşü eyni gündə baş tutacaq.

Günün ilk matçı "ASK Arena"da "Keşlə" və "Zirə" komandaları arasında olacaq. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 18:30-da başlayacaq. Klublar indiyədək kubokda üz-üzə gəlməyiblər.

Yarımfinalın digər oyununda isə "Qarabağ" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq. Kollektivlərin bunadək ölkə kubokunda yolları 4 dəfə kəsişib. Bunların üçündə Ağdam klubu, birində "gənclik şəhəri" təmsilçisi mərhələ adlayıb. Ümumilikdə 7 oyunun altısı qonaqların, biri isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Topların fərqi də "köhlən atlar"ın xeyrinədir - 22:6. Sumqayıtlılar öz meydanındakı hər üç oyunda qol vurub. "Qarabağ" isə evdəki 4 matçın hamısında qalib gəlib.

Azərbaycan Kuboku, yarımfinal

İlk oyunlar

18:30. “Keşlə” – “Zirə”
Hakimlər:
Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”.

20:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər:
Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçları aprelin 29-da oynanılacaq.

Son xəbərlər

Orphus sistemi