Azərbaycan Kuboku: "Qarabağ"ın finaldakı rəqibi bəlli olub

Azərbaycan Kuboku: "Qarabağ"ın finaldakı rəqibi bəlli olub Futbol üzrə Azərbaycan Kubokunda digər finalçı da müəyyənləşib.
Futbol
29 Aprel , 2022 23:16
Azərbaycan Kuboku: Qarabağın finaldakı rəqibi bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda digər finalçının adına aydınlıq gəlib.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Neftçi"ni məğlub edən "Zirə" həlledici qarşılaşmada "Qarabağ"ın rəqibi olub.

Matçın əsas və əlavə vaxtında hesab açılmadığından, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman "Zirə" daha dəqiq (4:2) oynayaraq, tarixində ilk dəfə finala adlayıb.

"Ağ-qaralar"dan Emin Mahmudov, Tiaqo Bezerra, "qartallar"dan Hamidu Keyta, Təmkin Xəlilzadə, Qismət Alıyev və Davit Volkov fərqləniblər.

"Neftçi"dən Eddi İsrafilov və Gilyerme Pato isə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Komandalar arasındakı ilk matçda qapılara qol vurulmamışdı.

Qeyd edək ki, Azərbaycan Kubokunun həlledici görüşü mayın 27-də olacaq.

Son xəbərlər

Orphus sistemi