Azərbaycan klubları yenidən koronavirus testindən keçəcəklər

Futbol
  • 31 may, 2020
  • 11:53
Azərbaycan klubları yenidən koronavirus testindən keçəcəklər

Azərbaycan Premyer Liqasının oyunlarının bərpasından əvvəl klubların futbolçuları və məşqçi heyəti mütləq şəkildə koronavirus testinə cəlb olunacaq. 

"Report"un məlumatına görə, bu barədə qərar AFFA-nın təşəbbüsü ilə təşkil olunan Klublar Komitəsinin iclasında qəbul edilib. 

 Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada çıxara bilər. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. "Qəbələ"dən başqa digər komandalar bir dəfə koronavirus testindən keçib.