Azərbaycan Güləş Federasiyasının prezidenti nə vaxt rəsmiləşəcək?

Azərbaycan Güləş Federasiyasının prezidenti nə vaxt rəsmiləşəcək? Azərbaycan Güləş Federasiyasının (AGF) yeni prezidenti müəyyənləşib.
Futbol
21 Sentyabr , 2020 16:46
Azərbaycan Güləş Federasiyasının prezidenti nə vaxt rəsmiləşəcək?
Namiq Əliyev
0 : 00
0 : 00

Azərbaycan Güləş Federasiyasında (AGF) növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.

Bu barədə "Report"a qurumun Mətbuat katibi Sərxan Musayev məlumat verib.

AGF rəsmisinin sözlərinə görə, pandemiya ilə əlaqədar karantin davam etdiyi üçün hələlik bu tədbir yubanır: "Bildiyiniz kimi, 2018-ci ilin mayından federasiyamızda prezident əvəzi Namiq Əliyevdir. O, qurumun əsas rəhbər şəxsi kimi prezidentin funksiyalarını yerinə yetirir. Ancaq hüquqi prosedurların rəsmiləşməsi üçün karantinin başa çatmasını gözləyirik. Bundan sonra konfrans keçiriləcək və prezident seçiləcək. Ancaq hələ dəqiq tarix deməyimiz mümkün deyil”.

Qeyd edək ki, Namiq Əliyev həm də Dünya Güləş Birliyinin büro üzvüdür. AGF-yə son olaraq sabiq vergilər naziri Fazil Məmmədov (2007-2018) rəhbərlik edib. O, hazırda Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarının prezidenti kimi qalır. 

Son xəbərlər

Orphus sistemi