Futbol üzrə Azərbaycan Premyer Liqasının ən intizamsız və intizamlı klubları müəyyənləşib.
"Report"un məlumatına görə, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) hesabatında bildirilir. Çempionatın ən intizamsız komandası "Sumqayıt"dır. "Gənclik şəhəri" təmsilçisinə hər oyuna ortalama 3.65 vərəqə düşüb. Bunların 3.47-si sarı, 0,18-i isə qırmızıdır.
Ən intizamlı komanda isə "Qarabağ"dır. Ağdam təmsilçisinin oyunçuları ortalama hər oyuna 2 vərəqə (0,6 qırmızı, 1.94 sarı) alıblar.
1. "Sumqayıt" - 3.65 (3.47 sarı; 0.18 qırmızı)
2. "Qəbələ" - 3.47 (3.23 sarı; 0.24 qırmızı)
3. "Zirə" - 3.29 (3.11 sarı; 0.18 qırmızı)
4. "Neftçi" - 2.82 (2.64 sarı; 0.18 qırmızı)
5. "Keşlə" - 2.82 (2.64 sarı; 0.18 qırmızı)
6. "Sabah" - 2.76 (2.58 sarı; 0.18 qırmızı)
7. "Səbail" - 2.35 (2.23 sarı; 0.12 qırmızı)
8. "Qarabağ" - 2 (1.94 sarı; 0.06 qırmızı)