Azərbaycan çempionatında pley-off matçlarının püşkü atılıb

Azərbaycan çempionatında pley-off matçlarının püşkü atılıb 2024/2025 mövsümündə II Liqada çıxış etmək üçün pley-off matçlarının püşkü atılıb.
Futbol
25 May , 2024 17:03
Azərbaycan çempionatında pley-off matçlarının püşkü atılıb

2024/2025 mövsümündə II Liqada çıxış etmək üçün pley-off matçlarının püşkü atılıb.

"Report" Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, ilk oyunda meydan sahibi və qonaq komandaların müəyyənləşməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Tədbirdə PFL prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, PFL tərəfindən pley-off oyunlarına məsul şəxs Faiq Tahirov və qarşılaşacaq klubların rəsmiləri iştirak edib. Görüş zamanı tərəflərə pley-off mərhələsində hazırlıq prosesi, riayət olunmalı tələblər və digər vacib məqamlar barədə məlumat verilib.

Ardından püşk atılıb. Püşkə əsasən, ilk oyunda meydan sahibi “Şəfa” olub. Komanda Region Liqasının finalında uduzan “Hypers”lə üz-üzə gələcək.

Pley-off matçları əvvəlcədən nəzərdə tutulduğu kimi, 29 may və 05 iyun tarixlərində oynanılacaq. Qarşılaşmaların baş tutacağı arenalar, oyunların saatları və digər texniki detallar daha sonra açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi