Azər Bağırov: "Uşaqları matça yaxşı kökləmişdik"

Azər Bağırov: "Uşaqları matça yaxşı kökləmişdik" Uşaqları matça yaxşı kökləmişdik.
Futbol
19 Yanvar , 2025 19:01
Azər Bağırov: Uşaqları matça yaxşı kökləmişdik

Uşaqları matça yaxşı kökləmişdik.

"Report" xəbər verir ki, bunu "Kəpəz" klubunun baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının XIX turunda "Turan Tovuz" üzərində 5:2 hesablı qələbə qazandıqları matçdan sonra deyib.

Mütəxəssis oyunun sonuna qədər mübarizə apardıqlarını vurğulayıb:

"Əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xırda anlaşılmazlığa görə də Tovuz azarkeşlərindən üzr istəyirəm. Futbolda belə şeylər hərdən baş verir. Fanatlar var olsunlar. Oyunlar azarkeşlər ilə gözəldir. Çətin qarşılaşma oldu. Rəqibin əsas müdafiəçilərinin olmaması bizim üstünlüyümüz idi. Uşaqları matça yaxşı kökləmişdik. Şükürlər olsun ki, görüşün sonuna kimi mübarizə apararaq qalib gəldik. Futbolçular meydanda istədiklərimizi həyata keçirə bildilər. Onları təbrik edirəm. Gəncədən təşrif buyuran azarkeşlərimizə də minnətdaram. Qələbədə payları var".

Qeyd edək ki, Gəncə təmsilçisi hazırda turnir cədvəlində 14 xalla doqquzuncudur.

Son xəbərlər

Orphus sistemi