Azarkeşlər klub rəhbərliyini boykot ediblər
- 17 oktyabr, 2016
- 11:58
Bakı. 17 oktyabr. REPORT.AZ/ İngiltərənin "Çarlton Atletik" klubunun azarkeşləri rəhbərliyi boykot ediblər.
"Report"un məlumatına görə, onlar komandanın uğursuz nəticələri səbəbindən bu cür addım atıblar.
Komandanın birinci liqada "Koventri" ilə qarşılaşması zamanı azarkeşlər meydançaya oyuncaq donuzlar atıblar. Bu səbəbdən matçda təxminən 5 dəqiqəlik fasilə yaranıb.
Qeyd edək ki, "Çarlton Atletik" illərlə Premyer Liqada çıxış edib. Elitada uğursuz çıxış edən komanda "Çempionşip"ə, ardınca isə birinci liqaya düşüb.
Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüş keçirdik.
— Taleh Kazimov (@TalehKazimov_T) July 29, 2025
Görüş zamanı cari ilin birinci yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olundu.… pic.twitter.com/I8GmHVFcOd