AZAL klubunun futbolçusu Kiyevdə əməliyyat olunacaq
Futbol
- 11 aprel, 2016
- 08:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXV turunda "Neftçi" ilə oyunda ağır zədə alan AZAL-ın futbolçusu Taqim Novruzov xaricdə əməlliyat olunacaq. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həkimlərin "sağ diz oynağının ön çarpaz bağlarının tam qopması" diaqnozu qoyduğu 28 yaşlı yarımmüdafiəçi iki gün sonra Ukraynanın paytaxtı Kiyevə yola salınacaq.
Artıq klub rəhbərliyi əməliyyat üçün bütün təşkilati işləri başa çatdırıb. Kiyevin "Doktor Linko" klinikası ilə müqavilə bağlanılıb və aprelin 14-də futbolçu əməliyyat masasına uzanacaq.
Qeyd edək ki, Taqim Novruzovu ukraynalı cərrah Vladimir Novikov əməliyyat edəcək. Futbolçunun aprelin 19-da Bakıya qayıdacağı gözlənilir.
Son xəbərlər
17:49
Azərbaycanın kollektor agentliyinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə
17:49
"Sabah"ın oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
İnfrastruktur
17:48
Lekornyu: Fransada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Digər ölkələr
17:47
Ceyhun Bayramov diplomatik missiyasının başa çatması münasibətilə Yaponiyanın səfirini qəbul edib
Xarici siyasət
17:47
İran Rusiyanı Ukrayna zərbələrindən qorunmaq üçün Xəzərdəki limanları gücləndirməyə çağırıb
Region
17:46
ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 7 %-dən çox artırıb
Maliyyə
17:45
ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb
Maliyyə
17:45
Azərbaycan ət idxalına çəkdiyi xərci 18 % artırıb
Biznes
17:43
Pinyo: Avropa Komissiyası Rusiya qazının tədarükünü bərpa etməyi planlaşdırmır
Digər ölkələr