Avstriya və İtaliya yığmaları Avropanın futbol rekordunu təkrarladı

Avstriya və İtaliya yığmaları Avropanın futbol rekordunu təkrarladı AVRO-2020-nin 1/8 final matçında İtaliyanın futbol yığması Avstriya seçməsinə qalib gəlib.
Futbol
27 İyun , 2021 04:24
Avstriya və İtaliya yığmaları Avropanın futbol rekordunu təkrarladı

AVRO-2020-nin 1/8 final matçında İtaliyanın futbol yığması Avstriya seçməsinə qalib gəlib.

“Report” xəbər verir ki, görüş 2:1 hesabı ilə başa çatıb. Matçda bütün qollar əsas vaxta əlavə olunmuş hissədə vurulub.

Maraqlıdır ki, bu, Avropa çempionatı tarixində komandaların üç qolu əlavə vaxda vurduğu ikinci hadisədir. Buna bənzər ilk matç AVRO-84-ün Portuqaliya-Fransa matçında (2:3) olub.

AVRO-2020-nin 1/4 finalında İtaliya yığması Belçika-Portuqaliya oyunun qalibi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi