Avstriya millisinin hücumçusu: "Hər oyunda qalib gəlmək istəyirik"

Futbol
  • 10 fevral, 2023
  • 14:50
Avstriya millisinin hücumçusu: Hər oyunda qalib gəlmək istəyirik

"Hər oyunda qalib gəlmək istəyirik. Məşqçilər heyəti də bunu hədəfləyir".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığmasının futbolçusu Kərim Onisivo F qrupundakı şansları barədə yerli mətbuata açıqlamasında deyib.

Almaniyanın "Maynts" klubunda çıxış edən 31 yaşlı hücumçu bildirib ki, İtaliya ilə yoldaşlıq oyunundakı 2:0 hesablı qələbə onların nəyə qadir olduğunu göstərib: "Bu, tamaşaçılar üçün də cəlbedici oldu. Onlar yenidən stadiona getməyə başlayıblar. Gələcəyə nikbin baxıram. Çünki Ralf Ranqnik kimi baş məşqçimiz var. Onun oyun sistemi məni ruhlandırır".

Qeyd edək ki, Azərbaycan millisi F qrupunda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.