Avstriya millisinin daha bir futbolçusu Azərbaycanla oyun ərəfəsində heyətdən çıxarılıb
Futbol
- 09 oktyabr, 2023
- 13:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avstriya yığmasının daha bir futbolçusu Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunları ərəfəsində heyətdən çıxarılıb.
“Report”un yerli futbol assosiasiyasına istinadən məlumatına görə, David Alabadan sonra digər müdafiəçi Ştefan Poşun da qarşıdakı matçları buraxacağı dəqiqləşib.
Bu səbəbdən baş məşqçi Ralf Ranqnik onun heyətə cəlb olunmamasını qərara alıb. İtaliyanın “Bolonya” klubunun üzvü əzələ zədəsindən əziyyət çəkir.
Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.
Son xəbərlər
11:17
Azad olunan ərazilərdə son iki həftə ərzində 185 mina zərərsizləşdirilib
Hərbi
11:00
Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir
Maliyyə
11:00
Azərbaycanda gömrük bəyannamələri daha sürətli olacaq: Yerli süni intellekt platforması təqdim olunur
İKT
10:57
Azərbaycanda məşğul əhalinin 35%-dən çoxu aqrar sektorun payına düşür
Sosial müdafiə
10:54
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Hadisə
10:52
Hesablama Palatasının xərclər smetası 25 %-ə yaxın artırılır
Maliyyə
10:47
Cavid Qurbanov: Süni intellekt təkrarlanan bəzi işləri avtomatlaşdıracaq
İKT
10:44
"Arsenal" Bundesliqanın ən yaxşı futbolçularından birini heyətinə qatmaq istəyir
Futbol
10:41
Foto
Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlər müzakirə edilib
Xarici siyasət