​Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib - VİDEO

​Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib - VİDEO Oyunlarda bütün komandalar rəqibin qapısına yol tapa bilib
Futbol
8 Aprel , 2016 03:07
​Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib - VİDEO

Bakı. 8 aprel. REPORT.AZ/ Cümə axşamı futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

"Report" xəbər verir ki, ¼ final mərhələsinin ilk oyununda "Liverpul" səfərdə Dortmund "Borussiya"sı ilə heç-heçə oynayıb - 1:1.

Oyunda ingilislərin qolunu 36-cı dəqiqədə Oriqi vurub. Almanlar 48-ci dəqiqədə Hummelsin qolu ilə bərabərliyi təmin ediblər.

Eyni zamanda İspaniyanın "Vilyareal" klubu ev oyununda Çexiyanın "Sparta" kollektivindən üstün olub - 2:1. Qonaqların futbolçusu Sedrik Bakambu oyunda öz dublunu rəsmiləşdirib. "Atletik" doğma meydanda "Sevilya"ya 1:2 hesabı ilə məğlub olub. Matçda qələbə topunu qonaqların yarımmüdafiəçisi Visente İborra vurub.

Bundan əlavə, Ukraynanın "Şaxtyor" klubu səfərdə "Braqa" üzərində 2:1 hesabı ilə qələbə qazana bilib.

Son xəbərlər

Orphus sistemi