Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
"Report" xəbər verir ki, İngiltərə təmsilçilərindən "Arsenal" Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək. "Tottenhem" Londonda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını sınağa çəkəcək.
Günün maraqla gözlənilən matçında isə "Mançester Yunayted" İtaliya "Milan"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.
Ukrayna komandalarından Kiyev "Dinamo"su İspaniya "Vilyarreal"ını qəbul edəcəksə, Donetsk "Şaxtyor"u İtaliyada "Roma"nın qonağı olacaq.
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21:55. "Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya)
21:55. "Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya)
21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya)
21:55. "Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə)
24:00. "Qranada" (İspaniya) - "Molde" (Norveç)
24:00. "Tottenhem" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya)
24:00. "Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
24:00. "Roma" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 18-də olacaq.